Biz artıq həm gələn il, həm də gələcək illər üçün mədəni gündəliyi müəyyən etmişik. Azərbaycanda Qırğızıstan mədəniyyət günlərinin, Qırğızıstanda Azərbaycanın mədəniyyət günlərinin keçirilməsi tamaşaçılara, dinləyicilərə ölkələrimizin zəngin mədəniyyəti ilə tanış olmaq, müxtəlif səviyyələrdə daha çox, daha sıx təmaslar qurmaq imkanı yaradacaq.
“İki sahil” xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Azərbaycanla Qırğızıstan arasında Birinci Dövlətlərarası Şuranın geniş tərkibdə iclasında söyləyib.
Məhdud tərkibdə görüş çərçivəsində təhsillə bağlı məsələlərdən də danışıldığını bildirən dövlətimizin başçısı deyib ki, tələbələrimizin ölkələrimizdəki aparıcı ali məktəblərdə təhsil almasına və gənc nəslin nümayəndələri arasında təmasların qurulmasına dair konkret proqramı müəyyən etmək lazımdır. Çünki onlar köklərimizə, ənənələrimizə gələcəkdə bizim kimi bağlı olmalıdırlar.
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü ilə bağlı paylaşım edib
Prezidentin sosial şəbəkə hesablarında Konstitusiya Günü ilə bağlı paylaşım olunub
Azərbaycanın Niderlanddakı səfiri etimadnaməsini Kral Villem-Aleksanderə təqdim edib
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib