Moldova Respublikasının Baş naziri Nataliya Qavrilitsanın Azərbaycan Respublikasına rəsmi səfəri oktyabrın 12-də başa çatıb.
"İki sahil" xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Moldovanın Baş nazirinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Moldovanın Baş naziri Nataliya Qavrilitsanı Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Elnur Məmmədov, kənd təsərrüfatı nazirinin müavini Elçin Zeynalov, ölkəmizin Moldovadakı səfiri Qüdsi Osmanov və digər rəsmi şəxslər yola salıblar.
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü ilə bağlı paylaşım edib
Prezidentin sosial şəbəkə hesablarında Konstitusiya Günü ilə bağlı paylaşım olunub
Azərbaycanın Niderlanddakı səfiri etimadnaməsini Kral Villem-Aleksanderə təqdim edib
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib