Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə Qırğızıstanın Ticarət və Sənaye Palatası arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.
Qurumdan “İki sahil”ə verilən məlumata görə, sənədi KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və Qırğızıstanın Ticarət və Sənaye Palatasının prezidenti Marat Şarşekeyev imzalayıblar.
Memorandumda ticarət və investisiya sahəsində əməkdaşlığın təşviqi, bu sahələrdə, eləcə də KOB-larla bağlı həyata keçirilən tədbirlər, təcrübə və onlara göstərilən xidmətlərlə bağlı məlumat mübadiləsi, biznes missiyaların təşkili, qarşılıqlı olaraq iş adamları arasında ikitərəfli əlaqələrin inkişafına, biznes tərəfdaşların tapılmasına və əməkdaşlıq platformalarının yaradılmasına dəstəyin göstərilməsi kimi məsələlər nəzərdə tutulur.
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü ilə bağlı paylaşım edib
Prezidentin sosial şəbəkə hesablarında Konstitusiya Günü ilə bağlı paylaşım olunub
Azərbaycanın Niderlanddakı səfiri etimadnaməsini Kral Villem-Aleksanderə təqdim edib
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib