Oktyabrın 12-də Bişkekdəki “Ala-Arça” Dövlət Təbiət Parkında mədəni proqram təşkil olunub.
“İki sahil” xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov tədbirdə iştirak ediblər.
Mədəni proqramda qırğız xalqının milli adət və ənənələri geniş nümayiş olundu. Qırğız sənətkarları buradakı xiyabanda Azərbaycanın və Qırğızıstanın dövlət başçılarına əl işlərini, milli xalçalar - “Şırdak”ı təqdim etdilər. Dövlət başçıları milli xalçalar istehsal edilən emalatxanalarla tanış oldular. Burada qırğız xalqının milli mətbəxindən nümunələr də təqdim edildi.
Prezidentlər, həmçinin milli geyim kolleksiyalarından ibarət sərgiyə baxdılar.
Dövlət başçılarına ənənəvi “Salbuurun” ovunun elementləri də nümayiş etdirildi.
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü ilə bağlı paylaşım edib
Prezidentin sosial şəbəkə hesablarında Konstitusiya Günü ilə bağlı paylaşım olunub
Azərbaycanın Niderlanddakı səfiri etimadnaməsini Kral Villem-Aleksanderə təqdim edib
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib