12 oktyabr 2022 14:04
719

İrlandiyalı nazir Azərbaycanla Ermənistan arasında aparılan danışıqları alqışlayıb

İrlandiyalı nazir Azərbaycan və Ermənistan arasında aparılan yüksək səviyyəli görüşləri alqışlayıb.

“İki sahil” xəbər verir ki, İrlandiyanın Avropa məsələləri üzrə dövlət naziri Tomas Birn AŞPA-nın payız sessiyası zamanı çıxış edib.

O, Azərbaycan və Ermənistan arasında yaxın zamanlarda aparılan yüksək səviyyəli görüşləri alqışlayıb və tezliklə iki ölkə arasında sülh müqaviləsinin bağlanmasına ümid etdiyini deyib.

Tomas Birn bildirib ki, Avropa Şurası uzunmüddətli sülh üçün əlverişli şərait yaratmaqda və iki ölkə arasında etimadın qurulmasında öz töhfəsini verə bilər.