"Türkiyənin regionda rolu getdikcə artır".
“İki sahil” xəbər verir ki, bunu Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov deyib. O, “Türkiyə tərəfindən öhdəliklərin yerinə yetirilməsi” adlı debat zamanı çıxış edib.
Səməd Seyidov çıxışında Türkiyənin regionda artan rolundan danışıb. Deputat qeyd edib ki, Assambleyada Türkiyəni tənqid edən şəxslərin öz ölkələrində problemlər daha çoxdur.
"Ermənistan nümayəndə heyətinin üzvü burada Türkiyəni tənqid etdi. Bu ölkə 30 ildən çoxdur ki, Azərbaycan ərazilərini işğal edib, hələ də Azərbaycan ərazilərinə minalar yerləşdirməyə davam edir" deyə o, çıxışında bildirib.
Səməd Seyidov bildirib ki, bir ölkəni tənqid edən zaman o ölkənin regionda rolu və təsiri, həmçinin problemləri eyni şəkildə nümayiş etdirməlidir.
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü ilə bağlı paylaşım edib
Prezidentin sosial şəbəkə hesablarında Konstitusiya Günü ilə bağlı paylaşım olunub
Azərbaycanın Niderlanddakı səfiri etimadnaməsini Kral Villem-Aleksanderə təqdim edib
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib