Azərbaycanın Orta Asiyanın türk dövlətləri ilə əlaqələri həmişə geniş olub. İstər Qazaxıstan, istər Özbəkistan, istərsə də Türkmənistanla münasibətlər məzmunca zəngin olması ilə yanaşı, həm də özünəməxsusluğu ilə seçilir. Bunun da əsas səbəbi bu dövlətlərin xalqları ilə ortaq milli-mənəvi dəyərləri bölüşməyimizdir. Bütün türk dövlətləri ilə əməkdaşlığın daim inkişaf etdirilməsi respublikamızın xarici siyasətinin prioritet istiqamətlərindən biridir.Türkdilli xalqları birləşdirən ortaq mədəni irs və ortaq tarix dövlətlərarası münasibətlərdə də daim öz müsbət təsirini göstərir. Azərbaycanın oxşar kökə bağlı türkdilli dövlətlərlə çox uğurlu əməkdaşlıq tarixçəsi var.
Azərbaycan Qırğızıstanın çox vacib tərəfdaşıdır. Bu tərəfdaşlıq bir çox sahələri əhatə edir. Bu münasibətlərin əsası Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulub və Prezident İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilir.Səfər zamanı imzalanmış sənədlər də məzmun baxımından əhatəlidir və hər iki tərəfin əlaqələrin daha da inkişafında maraqlı olduğunu göstərir. Qırğızıstan Prezidentinin Azərbaycana rəsmi səfəri çox önəmlidir. Azərbaycan dost və qardaş ölkə ilə on sənəd imzalanıb.
Qarşılıqlı fəaliyyətin yüksək səviyyəsi sayılan bu əməkdaşlıq çərçivəsində həm ikitərəfli gündəliyə aid məsələlər, həm də regional və beynəlxalq problemlər daha effektli və fəal surətdə müntəzəm müzakirə olunmuşdur. Qırğızıstan və Azərbaycan bütün beynəlxalq təşkilatlarda əməkdaşlıq edir və milli maraqlardan çıxış edərək həmişə bir-birini dəstəkləyir. Dövlət başçılarının rəsmi görüşündə müzakirə olunan məsələlər və imzalanan sənədlər münasibətlərin sonrakı mərhələdə yüksələn xətlə inkişafına təkan vermiş oldu. Azərbaycan və Qırğızıstan prezidentlərini mətbuata bəyənatları, səfər çərçivəsində imzalanmış sənədlər, xüsusən də ən əsas sənəd olan Strateji Tərəfdaşlıq haqqında Bəyannamə göstərir ki, Azərbaycan-Qırğızıstan münasibətləri keyfiyyətcə yeni səviyyəyə çatıb, ölkələr arasında qardaşlıq və dostluq əlaqələri bundan sonra daha möhkəmlənəcək.
Rza Eyvazlı,
YAP-ın gənc fəalı