Azərbaycanda qeyri-kommersiya qurumlarının adında “Şuşa” sözündən istifadə edilərkən Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin razılığı barədə sənəd olmalıdır.
“İki sahil” xəbər verir ki, bununla bağlı “Qeyri-kommersiya qurumlarının dövlət qeydiyyatının aparılması Qaydaları”nda dəyişiklik edilib.
Mövcud dəyişiklik barədə qərarı ədliyyə naziri, I dərəcəli dövlət ədliyyə müşaviri Fikrət Məmmədov imzalayıb.
Qərar aidiyyəti ədliyyə orqanlarına və məhkəmələrə göndərilməsi tapşırılıb.
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü ilə bağlı paylaşım edib
Prezidentin sosial şəbəkə hesablarında Konstitusiya Günü ilə bağlı paylaşım olunub
Azərbaycanın Niderlanddakı səfiri etimadnaməsini Kral Villem-Aleksanderə təqdim edib
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib