“Azərbaycan təkcə yerləşdiyi regionda deyil, həm də daha geniş coğrafi miqyasda böyük rol oynayır”.
“İki sahil” xəbər verir ki, bunu Qazaxıstanın dövlət başçısı Kasım-Jomart Tokayev Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdə deyib.
“Azərbaycanı müttəfiqimiz, strateji tərəfdaşımız hesab edirik. Biz hər zaman bu xəttə sadiq qalacağıq. Azərbaycan təkcə yerləşdiyi regionda deyil, həm də daha geniş coğrafi miqyasda böyük rol oynayır. Düşünürəm ki, bizim çoxlu ortaq cəhətlərimiz var. Söhbət müxtəlif sahələrdə əməkdaşlığı inkişaf etdirmək istəyindən gedir. Biz bunu Bakıda ətraflı müzakirə etdik”, - o vurğulayıb.
Dövlət başçısı iki ölkə arasında müxtəlif sahələrdə, o cümlədən humanitar sahədə ənənəvi əlaqələrin olduğunu və bu münasibətlərin davam etdiriləcəyini bildirib: “İndi “Orta Dəhliz” adlanan layihənin inkişafı gündəmdədir. Bu formatda işin davam etdirilməsində maraqlıyıq”.
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü ilə bağlı paylaşım edib
Prezidentin sosial şəbəkə hesablarında Konstitusiya Günü ilə bağlı paylaşım olunub
Azərbaycanın Niderlanddakı səfiri etimadnaməsini Kral Villem-Aleksanderə təqdim edib
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib