Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun Avstraliyaya ilk səfəri başlayıb.
Qurumdan "İki sahil"ə verilən məlumata görə, səfər çərçivəsində komitə sədrinin Sidney, Melburn, Kanberra, Balarat, Brisben və Qold Kost şəhərlərində yaşayan Azərbaycan icmalarının üzvləri ilə görüşləri keçiriləcək, buradakı Azərbaycan diaspor təşkilatlarının Koordinasiya Şurasının yaradılması məsələsi müzakirə ediləcək.
Səfər proqramında Azərbaycana dost ölkələrin Avstraliyadakı icmalarının üzvləri, eyni zamanda ölkənin bir sıra rəsmi şəxsləri ilə görüşlər də nəzərdə tutulub.
Qeyd edək ki, hazırda Avstraliyada Azərbaycan diaspor təşkilatlarının sayı 5-ə çatıb və minlərlə soydaşımız bu təşkilatlar ətrafında sıx birləşib.
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü ilə bağlı paylaşım edib
Prezidentin sosial şəbəkə hesablarında Konstitusiya Günü ilə bağlı paylaşım olunub
Azərbaycanın Niderlanddakı səfiri etimadnaməsini Kral Villem-Aleksanderə təqdim edib
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib