Azərbaycan tərəfi olaraq ən azından xarici işlər nazirlərinin cavabdeh olduğu postmünaqişə nizamlanması sahəsinə, o cümlədən az əvvəl görüşdə müzakirə etdiyimiz sülh müqaviləsi məsələsinə xüsusən fokuslanacaq.
“İki sahil” xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Astanada Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin üçtərəfli görüşü zamanı deyib.
Azərbaycan XİN başçısı Ceyhun Bayramov üçtərəfli formatın mayda baş tutan sonuncu görüşündən sonra bir sıra çoxtərəfli və ikitərəfli əsasda kontaktların olduğunu bildirib.
“Düşünürəm ki, bu baxımdan ötən dövr ərzində gedən inkişafı gözdən keçirmək, məsələləri müzakirə etmək faydalı olardı”, - o deyib.
Ceyhun Bayramov əlavə edib ki, sülh nizamlanmasının digər məsələləri: dövlət sərhədinin delimitasiyası, kommunikasiyaların açılması, həmçinin, humanitar xarakterli məsələləri də müzakirə ediləcək.
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü ilə bağlı paylaşım edib
Prezidentin sosial şəbəkə hesablarında Konstitusiya Günü ilə bağlı paylaşım olunub
Azərbaycanın Niderlanddakı səfiri etimadnaməsini Kral Villem-Aleksanderə təqdim edib
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib