“Zamanın tez keçdiyini, hadisələrin olduqca sürətli inkişaf etməsini nəzərə alaraq mən hesab edirəm ki, bu gün bu barədə danışmaq üçün rahat məqamdır”.
“İki sahil” xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Astanada Azərbaycan və Ermənistan XİN rəhbərləri ilə görüşünün açılışı zamanı deyib.
“Biz həmçinin öz liderlərimizə onların imzaladığı razılaşmaların yerinə yetirilməsi barədə nələri məruzə edə biləcəyimizə baxacağıq”, – Rusiya XİN rəhbəri bildirib.
Lavrov görüş zamanı gələcək addımlar barədə daha ətraflı təsəvvür yaranacağına əmin olduğunu qeyd edib.
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü ilə bağlı paylaşım edib
Prezidentin sosial şəbəkə hesablarında Konstitusiya Günü ilə bağlı paylaşım olunub
Azərbaycanın Niderlanddakı səfiri etimadnaməsini Kral Villem-Aleksanderə təqdim edib
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib