“Makron harada nə danışdığını bilmir ki, bir həftə bundan qabaq Praqada mollalıq edirdi. Praqa görüşündən sonra isə “France2”-yə müsahibəsində Ermənistana dəstək verir”.
“İki sahil” xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.
Deputat bildirib ki, bu gündən başlayıb Fransa Senatına bəyanatlar göndərməliyik: “Buradan görünür ki, bütün dövlətlər üçün maraqlar var. O vaxt ulu öndər Heydər Əliyev çox düzgün qeyd etmişdi ki, Fransa həmsədr dövlət ola bilməz, çünki erməni dəstəkçisidir. Lazım gələrsə, Fransa ilə bütün diplomatik əlaqələr kəsilməlidir. BMT-də Azərbaycan çox düzgün mövqe sərgilədi. Bu gün erməni çörəyi yeyənlər Azərbaycanı başqa yerə sürükləmək istəyir. Xatırlayıram ki, Azərbaycanın ərazi bütövlüyü məsələsi BMT-də müzakirəyə çıxarılanda buna cəmi 14 ölkə səs vermişdi”.
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü ilə bağlı paylaşım edib
Prezidentin sosial şəbəkə hesablarında Konstitusiya Günü ilə bağlı paylaşım olunub
Azərbaycanın Niderlanddakı səfiri etimadnaməsini Kral Villem-Aleksanderə təqdim edib
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib