14 oktyabr 2022 14:38
563

Borrell və Mirzoyan arasında telefon danışığı baş tutub

Aİ-nin Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrellin Ermənistan xarici işlər naziri Ararat Mirzoyanla telefon danışığı baş tutub.

“İki sahil” xəbər verir ki, bu barədə Aİ-nin Xarici Fəaliyyət Xidməti Ofisi məlumat yayıb.

Bildirilib ki, bu gün baş tutan telefon danışığı zamanı Ali Nümayəndə Aİ-nin mülki missiyasının yerləşdirilməsi üçün davam edən texniki hazırlıqlar haqqında məlumat verib və bu missiyanın tez zamanda regiona gəlişini təmin etmək üçün Aİ -yə üzv dövlətlərlə əlaqə qurmaq əzmini vurğulayıb.