Avropa İttifaqına (Aİ) üzv dövlətlərin Ermənistan-Azərbaycan sərhədinə təşkilatın mülki missiyasının göndərilməsi üzrə müzakirəsinin vaxtı açıqlanıb.
“İki sahil” xəbər verir ki, bu barədə Aİ-nin Xarici Fəaliyyət Xidməti Ofisinin mətbuat xidməti məlumat yayıb.
“Aİ-yə üzv dövlətlər oktyabrın 17-də Xarici Əlaqələr Şurasında Ali Nümayəndə Cozep Borrellin monitorinq missiyasının yerləşdirilməsi təklifini müzakirə edəcəklər. Bu missiyanın əsas məqsədləri sabitliyə və etimadın yaradılmasına, eləcə də ikitərəfli sərhəd boyunca təhlükəsizliyi yaxşılaşdırmaq üçün komissiyaların işinə dəstək olacaq”, - məlumatda qeyd olunub.
Prezidentin sosial şəbəkə hesablarında Konstitusiya Günü ilə bağlı paylaşım olunub
Azərbaycanın Niderlanddakı səfiri etimadnaməsini Kral Villem-Aleksanderə təqdim edib
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər YENİLƏNİB