ABŞ-da yaşayan Azərbaycan icmasının fəalları “Human Rights Watch” beynəlxalq insan haqları təşkilatının Nyu-Yorkdakı qərargahının önündə mitinq keçiriblər.
“İki sahil” xəbər verir ki, aksiya Nyu-Yorkun Manhetten rayonunun mərkəzi küçələrindən birində baş tutub.
Azərbaycan, Türkiyə və ABŞ bayraqlarını dalğalandıran mitinq iştirakçıları təşkilatdan Ermənistanın işğalçı və təcavüzkar siyasətinə "dur" deməyi və ermənilərin Azərbaycanın tarixi torpaqlarında törətdiyi cinayətlərə benəlxalq hüquq müstəvisində cavab verilməsini tələb ediblər.
Nyu-York polisinin nəzarəti ilə keçirilən mitinqdə aksiyaçılar erməni yalanlarının əks olunduğu plakatlar nümayiş etdiriblər. Plakatlarda İkinci Qarabağ müharibəsi dövründə Ermənistan Silahlı Qüvvələri tərəfindən Gəncə və Bərdə şəhərlərində törədilən cinayətlər, Xocavəndin Edilli kəndində aşkar olunan kütləvi məzarlıq barəsində məlumatlar yer alıb.
Mitinq insidentsiz başa çatıb. (Report)
Prezidentin sosial şəbəkə hesablarında Konstitusiya Günü ilə bağlı paylaşım olunub
Azərbaycanın Niderlanddakı səfiri etimadnaməsini Kral Villem-Aleksanderə təqdim edib
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər YENİLƏNİB