Milli Məclisin deputatları - ATƏT Parlament Assambleyasında nümayəndə heyətimizin rəhbəri, təşkilatın İqtisadi məsələlər, elm, texnologiya və ətraf mühit üzrə ümumi komitəsinin sədri, ATƏT PA-nın İpək Yolu Qrupunun sədri Azay Quliyev və nümayəndə heyətinin üzvü Tural Gəncəliyev Türkiyə Böyük Millət Məclisinin təşkilatçılığı ilə qurumun İpək Yolu Qrupunun “Böhran dövründə enerji və ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün əlaqələndirmənin gücləndirilməsi” mövzusunda keçiriləcək beynəlxalq konfransında iştirak etmək üçün oktyabrın 17-də Türkiyənin İstanbul şəhərinə səfər edəcəklər.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən "İki sahil"ə verilən məlumata görə, konfransda “Böhran dövründə təminat zəncirlərinin davamlılığı və qida təhlükəsizliyi”, “Davamlı ətraf mühit və inkişaf üçün enerji təhlükəsizliyi” mövzularında müzakirələr aparılacaq. Tədbirin yekununda İstanbul Bəyannaməsi qəbul ediləcək.
Konfrans çərçivəsində biznes-forum keçiriləcək.
Deputatlarımız konfransda müzakirəyə çıxarılacaq məsələlərə münasibət bildirəcəklər.
Səfər oktyabrın 19-da başa çatacaq.
Prezidentin sosial şəbəkə hesablarında Konstitusiya Günü ilə bağlı paylaşım olunub
Azərbaycanın Niderlanddakı səfiri etimadnaməsini Kral Villem-Aleksanderə təqdim edib
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər YENİLƏNİB