17 oktyabr 2022 12:54
504

Borrell: Aİ Cənubi Qafqazda davamlı sülhə töhfə verməyə tam sadiqdir

Avropa İttifaqı (Aİ) Cənubi Qafqazda davamlı sülhə töhfə verməyə tam sadiqdir.

“İki sahil” xəbər verir ki,  bunu Aİ-nin Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell deyib.

O bildirib ki, Aİ-nin Ermənistan-Azərbaycan sərhədinə 40-a qədər monitorinq ekspertinin yerləşdirilməsi regionda qeyri-stabil vəziyyətə qarşı inam yaratmaq məqsədi daşıyır.

“Bu, Aİ-nin Cənubi Qafqazda davamlı sülhə nail olmaq kimi əsas məqsədə töhfə verməyə tam sadiqliyinin daha bir sübutudur”, - Aİ-nin Ali Nümayəndəsi vurğulayıb.