Azərbaycan Qarabağ müharibəsindən sonra Ermənistana hərtərəfli sülh sazişi imzalamağı təklif edib, Ermənistan gec də olsa, müsbət cavab verib.
“İki sahil” xəbər verir ki, bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Türk Dövlətləri Təşkilatının Xarici İşlər Nazirləri Şurasının növbədənkənar iclasının nəticələrinə dair mətbuat konfransında çıxışı zamanı bildirib.
O qeyd edib ki, Azərbaycanın haqlı tələbləri var, onların arasında Zəngəzur dəhlizinin Laçın dəhlizinə bənzər statusunun olmasıdır. Nazir əlavə edib ki, sülhə dair porses tezləşdirilməlidir.
Çavuşoğlunun sözlərinə görə, Azərbaycanla Ermənistan arasında normallaşma prosesi Türkiyə-Ermənistan münasibətləri üçün də müsbət təsir edir.
Prezidentin sosial şəbəkə hesablarında Konstitusiya Günü ilə bağlı paylaşım olunub
Azərbaycanın Niderlanddakı səfiri etimadnaməsini Kral Villem-Aleksanderə təqdim edib
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər YENİLƏNİB