17 oktyabr 2022 15:13
432

Mövlud Çavuşoğlu Azərbaycan səfirliklərinə hücumları qınayıb

“1961-ci il tarixli Vyana Konvensiyasına əsasən, diplomatik missiyaların təhlükəsizliyinin təmin edilməsi ev sahibi ölkənin vəzifəsidir”.

“İki sahil” xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

O bildirib ki, ölkələr Azərbaycan səfirliklərinə hücumların qarşısını almalıdır: “Diplomatik missiyalara hücumlar qəbuledilməzdir. Diasporun bir qismi Azərbaycanla Ermənistan arasında əlaqələrin normallaşmasını istəmir. Əlbəttə, onlar Ermənistanın Cənubi Qafqazda təcrid vəziyyətində qalacağı barədə düşünmürlər”.