17 oktyabr 2022 15:21
660

Niderlanda yeni səfir təyin olunub

Prezident İlham Əliyev R.S.Mustafayevin Azərbaycan Respublikasının Niderland Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında Sərəncam imzalayıb.

“İki sahil” xəbər verir ki, Sərəncama əsasən, Rəhman Sahib oğlu Mustafayev Azərbaycan Respublikasının Niderland Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edilsin.