“İran hərbi təlimlər barədə Azərbaycan tərəfinə məlumat verib”.
“İki sahil” xəbər verir ki, bunu jurnalistlərə İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) quru qoşunlarının Azərbaycanla həmsərhəd bölgədə davam edən təlimlər barədə danışarkən deyib.
“Biz qardaş Azərbaycana bu hərbi təlimlər barədə məlumat vermişik”, - İran səfiri bildirib.
O, təlimlərin sülh naminə keçirildiyini söyləyib.
İran rəsmilərinin tez-tez Ermənistanın xeyrinə bəyanatlar verməsi məsələsinə münasibət bildirən diplomat vurğulayıb ki, söhbət İranın hansısa tərəfi dəstəkləməsindən getmir: “İran öz maraqları çərçivəsində mövqeyini ifadə edir”.
Prezidentin sosial şəbəkə hesablarında Konstitusiya Günü ilə bağlı paylaşım olunub
Azərbaycanın Niderlanddakı səfiri etimadnaməsini Kral Villem-Aleksanderə təqdim edib
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər YENİLƏNİB