Avropa İttifaqı (Aİ) çox qısa zamanda monitorinq missiyasını Ermənistan-Azərbaycan sərhədinə göndərəcək.
“İki sahil” xəbər verir ki, bu barədə Aİ-nin Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell mətbuat brifinqində deyib.
O bildirib ki, bu gün keçirilən iclasda Aİ-nin XİN başçıları Ermənistan-Azərbaycan sərhədinə missiyanın göndərilməsinə “yaşıl işıq yandırdılar”.
“Növbəti həftələrdə monitorinq missiyası göndəriləcək. Çox tez bir zamanda. Mən fəxr edirəm ki, biz qısa zamanda bu məsələ ilə bağlı necə işlədik. Bizim Azərbaycan və Ermənistan arasında normallaşma istiqamətində işlərdə iştirakımız bir daha sübut edir ki, biz Cənubi Qafqazda sülhü və sabitliyi dəstəkləyirik”, - Borrell bəyan edib.
Prezidentin sosial şəbəkə hesablarında Konstitusiya Günü ilə bağlı paylaşım olunub
Azərbaycanın Niderlanddakı səfiri etimadnaməsini Kral Villem-Aleksanderə təqdim edib
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər YENİLƏNİB