ABŞ-ın müvəqqəti işlər vəkili Hüqo Qevara Azərbaycan xalqını müstəqilliyin bərpası münasibətilə təbrik edib.
“İki sahil” xəbər verir ki, təbrikdə deyilir: “Bu il biz Birləşmiş Ştatlar və Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünü qeyd edirik. Azərbaycan müstəqilliyini əldə etdikdən sonra keçən 30 il ərzində biz enerji təhlükəsizliyinin gücləndirilməsi, transmilli təhlükələrlə mübarizə, ikitərəfli ticarət və sərmayələrin inkişafı, habelə fundamental azadlıqların dəstəklənməsi kimi sahələrdə birgə çalışmağa davam edirik. Sözügedən səylərlə yanaşı biz Azərbaycanda və ümumilikdə Cənubi Qafqazda dinc və firavan gələcəyin təmin olunmasına sadiq qalırıq. Birləşmiş Ştatlar adından mən Azərbaycan xalqını Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edirəm!”
Prezidentin sosial şəbəkə hesablarında Konstitusiya Günü ilə bağlı paylaşım olunub
Azərbaycanın Niderlanddakı səfiri etimadnaməsini Kral Villem-Aleksanderə təqdim edib
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər YENİLƏNİB