18 oktyabr 2022 11:18
428

Spiker: Ermənistan müharibə cinayətləri törədib, Gəncəni raketlərdən atəşə tutub

“Həm I, həm də II Qarabağ müharibəsində Ermənistan silahlı qüvvələri müharibə cinayətləri törədib”.

“İki sahil” xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin sədri Sahibə Qafarova deyib.

Spiker bildirib ki, II Qarabağ müharibəsi dövründə Ermənistan Gəncəni kasetli raketlərdən atəşə tutub: “Gəncəyə qarşı terror aktlarının ildönümü Gəncədə anım mərasimi keçirilib və deputatlar orada iştirak edib”.