18 oktyabr 2022 11:43
372

Azərbaycanla ortaq mədəniyyəti, tarixi və taleyi paylaşırıq - Şimali Kipr Prezidenti

“Azərbaycanla ortaq mədəniyyəti, tarixi və taleyi paylaşırıq”.

“İki sahil” xəbər verir ki, bunu Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatar 18 oktyabr - Azərbaycanın Müstəqilliyinin Bərpası Günü münasibətilə tviterində yazıb.

O, Azərbaycan dövlətini və xalqını təbrik edib.

“Can Azərbaycanı 18 oktyabr - Müstəqilliyin Bərpası Günü münasibətilə ən səmimi arzularla təbrik edir, Azərbaycan xalqına öz adımdan və Şimali Kipr xalqı adından sevgi və salamlarımı çatdırıram”, - dövlət başçısı bildirib.