18 oktyabr 2022 12:23
441

Deputat ATƏT PA-nın iclasında Zəngəzur dəhlizindən danışıb

Azərbaycan təbii qazının Avropaya tədarükünün miqdarının illik 20 milyard kubmetrə çatdırılması gözlənilir.

“İki sahil” xəbər verir ki, bu barədə ATƏT Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri, təşkilatın İqtisadi məsələlər, elm, texnologiya və ətraf mühit üzrə ümumi komitəsinin sədri, ATƏT PA-nın İpək Yolu Qrupunun sədri Azay Quliyev İpək Yoluna Dəstək Qrupunun konfransında çıxışı zamanı bildirib.

O qeyd edib ki, 18 iyul 2022-ci ildə Avropa İttifaqı və Azərbaycan arasında imzalanan Anlaşma Memorandumu, həmçinin, Yunanıstan-Bolqarıstan interkonnektorunun açılışı Cənub-Şərqi Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi baxımından böyük əhəmiyyət kəsb edir.

“Digər tərəfdən Azərbaycan “Qərb-Şərq” və “Şimal-Cənub” nəqliyyat dəhlizlərinin inkişafına böyük töhfə vermiş və Orta Dəhlizin önəmli bir hissəsi olacaq Zəngəzur dəhlizinin açılmasını aktiv şəkildə təşviq edir”, - deyə o vurğulayıb.