19 oktyabr 2022 10:06
382

TDT-nin müsəlman dini liderləri Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib

Türk Dövlətləri Təşkilatının (TDT) müsəlman dini liderləri Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib.

“İki sahil” xəbər verir ki, nümayəndə heyəti Fəxri xiyabanda umummilli lider Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə gül dəstələri qoyublar.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da məzarı üzərinə güllər düzülüb.

Sonra Şəhidlər xiyabanına və Türk şəhidliyinə gedən din xadimləri ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad ediblər.