Azərbaycan Respublikasının UNESCO-nun 215-ci sessiyasının gündəliyinə təklif etdiyi "Bakı prosesi: dayanıqlı sülh və inkişaf üçün mədəniyyətlərarası dialoqu və sosial inklüzivliyi təşviq etmək" başlıqlı qərar layihəsi yekdilliklə qəbul edilib.
Bu barədə “İki sahil”ə XİN-dən xəbər verilib.
İranın 44 günlük müharibə zamanı Azərbaycan əleyhinə plan hazırladığı ortaya çıxıb - VİDEO
Ombudsman AİHM sədri ilə 4 min itkinin taleyinə aydınlıq gətirilməsini müzakirə edib
Astanada Azərbaycan, Ermənistan və Rusiya XİN başçılarının görüşü baş tutub
UNESCO İcraiyyə Şurasının üzvü olan Ermənistan qərar layihəsinin qarşısını almağa çalışsa da, layihəyə dəstək məqsədilə 41 ölkə həmmüəllif qismində qoşulub.
Azərbaycan Respublikasının Prezidentinin təşəbbüsü ilə 2008-ci ildən başlanılmış sözügedən proses dünyada mədəniyyətlərarası dialoqun təşviqində ən mühüm platformalardan biri olmaqla yanaşı, BMT tərəfindən dəstəklənib.
UNESCO və İSESCO kimi beynəlxalq təşkilatların tərəfdaşı olduğu Mədəniyyətlərarası Dialoq üzrə Dünya Forumuna indiyə kimi 135 ölkədən 1500 yaxın iştirakçı qatılıb. Dünya Forumu bütün dünyada insanlar üçün mədəniyyətlərarası və dinlərarası dialoq üçün əsas platformalardan biri hesab edilir.
***
Azərbaycanın UNESCO-nun 215-ci sessiyasının gündəliyinə təklif etdiyi "Bakı prosesi: dayanıqlı sülh və inkişaf üçün mədəniyyətlərarası dialoqu və sosial inklüzivliyi təşviq etmək" başlıqlı qərar layihəsi yekdilliklə qəbul edilib.
Bu barədə “İki sahil”ə Azərbaycanın UNESCO-dakı nümayəndəliyindən bildirilib.
Qeyd olunub ki, qərar layihəsinə 41 ölkə ko-sponsor kimi qoşulub.
Qərar layihəsinin təqdimatı zamanı Azərbaycanın UNESCO yanında daimi nümayəndəsi Elman Abdullayev 2008-ci ildən başlanılmış təşəbbüsün dünyada mədəniyyətlərarası dialoqun təşviqində ən mühüm platformalardan biri olduğunu qeyd edib, bununla bağlı BMT BA-nın qətnaməsi və BMT Baş katibinin hesabatına istinad edib.
UNESCO, ISESCO kimi beynəlxalq təşkilatların tərəfdaş olduğu Mədəniyyətlərarası Dialoq üzrə Dünya Forumuna indiyə kimi 135 ölkədən 1500 yaxın iştirakçının cəlb olunduğu nəzərə çatdırılıb.
UNESCO İcraiyyə Şurasının üzvü olan Ermənistan qərar layihəsini hərtərəfli bloklamağa çalışsa da, gərgin müzakirələr nəticəsində qərar layihəsi yekdilliklə təsdiq edilib.
"Dünya Forumunun əsas məqsədi bütün dünyada insanlar üçün mədəniyyətlərarası və dinlərarası dialoq haqqında danışmaq, ünsiyyət qurmaq, fikir mübadiləsi aparmaq üçün platforma yaratmaqdır", - məlumatda deyilir.
Prezidentin sosial şəbəkə hesablarında Konstitusiya Günü ilə bağlı paylaşım olunub
Azərbaycanın Niderlanddakı səfiri etimadnaməsini Kral Villem-Aleksanderə təqdim edib
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər YENİLƏNİB