19 oktyabr 2022 16:28
431

YAP Nərimanov rayon təşkilatının fəalları Heydər Əliyev Mərkəzini ziyarət ediblər

Yeni Azərbaycan Partiyasının (YAP) təsis edilməsinin 30-cu ildönümü münasibətilə partiyanın Mərkəzi Aparatının təsdiq etdiyi Tədbirlər Planına uyğun olaraq YAP-ın Bakı şəhəri üzrə rayon təşkilatlarının fəal gənclərinin Heydər Əliyev Mərkəzinə ekskursiyası davam edir.

“İki sahil” xəbər verir ki, oktyabrın 19-da YAP Nərimanov rayon təşkilatının fəalları Heydər Əliyev Mərkəzini ziyarət ediblər. Partiya fəalları Ulu Öndərin zəngin və mənalı ömür yolunu əks etdirən eksponatlarla, əyani vəsaitlərlə tanış olublar.