19 oktyabr 2022 23:45
436

Prezident: Biz azad edilmiş torpaqları tezliklə abadlaşdıracağıq

Biz azad edilmiş torpaqları tezliklə abadlaşdıracağıq.

“İki sahil” xəbər verir ki,  bunu Prezident İlham Əliyev Ağalı kənd orta məktəbinin şagird-müəllim kollektivi ilə görüşündə deyib.

Dövlət başçısı bildirib ki, bu gün hələ də Sumqayıtda, Bakıda, digər rayonlarda yaşayan keçmiş köçkünlər öz dədə-baba torpaqlarına qayıdacaqlar, burada quracaqlar, yaşayacaqlar, uşaqlar böyüdəcəklər.