20 oktyabr 2022 09:37
416

TDT-nin müsəlman dini liderlərinin azad olunmuş ərazilərə səfəri başlayıb

Türk Dövlətləri Təşkilatının (TDT) müsəlman dini liderlərinin Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə səfəri başlayıb.

“İki sahil” xəbər verir ki, nümayəndə heyəti əvvəlcə Füzuli Beynəlxalq Hava Limanı ilə tanış olublar.

Onlar erməni işğalından azad edilən Füzuli şəhərində dağıntılara baxıblar.

Daha sonra dini liderlər Füzulidən Şuşaya yola düşüblər.