“Xalqımız illərdir bir-birindən uzaq qalıb. Sovet dövlətinin siyasəti nəticəsində türk dövlətləri öz dillərində danışa bilmirdilər. Məni Türkiyəyə getməyə icazə vermirdilər”.
“İki sahil” xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazədə Şuşa Türk Dövlətləri Təşkilatının müsəlman dini liderlərinin görüşündə deyib.
“Bu gün imzalanan bəyanata and içirik ki, heç kim bu birliyi, bu qardaşlığı poza bilməz, bizi bir-birimizdən ayıra bilməz. Biz burada 6 nəfərik, amma bizim arxamızda 200 milyondan çox türk var. Buna görə də türk dövlətlərinin başçılarına da minnətdarlıq bildirirəm ki, mənim təklifimi qəbul etdilər və biz bu görüşü bu gün müqəddəs Şuşada keçiririk. Bir daha çağırış edirəm. Gəlin birlikdə olaq. Bizi birləşdirən Allah, Quran, türkçülük var. Bu gün xristian dünyasında birliklər gedir. Müsəlmanlara qardaş desələr də daxildə xristianlığı yaymağa çalışırlar”.