Gürcüstan Azərbaycanla əməkdaşlığı dərinləşdirməkdə davam edir.
“İki sahil” xəbər verir ki, bunu Gürcüstanın xarici işlər naziri İlia Darçiaşvili parlamentin "nazir saatı" formatında çıxışı zamanı bildirib.
“İki ölkə arasında mövcud olan strateji tərəfdaşlığa əsaslanaraq bir sıra istiqamətlərdə əməkdaşlığımızı dərinləşdirməyə davam edirik. Azərbaycan və Gürcüstan öz ərazisindən keçən nəqliyyat-kommunikasiya dəhlizinin cəlbediciliyinin artırılmasında böyük rol oynayır. Yeni geosiyasi vəziyyəti nəzərə alaraq, Orta Dəhliz vasitəsilə yükdaşımaların əhəmiyyəti xeyli artıb, bu istiqamətdə Azərbaycan və Türkiyə ilə intensiv əlaqə davam etdirilir. Xüsusilə qeyd etmək lazımdır ki, Azərbaycan və Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın növbəti iclası Bakıda keçirilib”, - deyə Darçiaşvili bildirib.
Prezidentin sosial şəbəkə hesablarında Konstitusiya Günü ilə bağlı paylaşım olunub
Azərbaycanın Niderlanddakı səfiri etimadnaməsini Kral Villem-Aleksanderə təqdim edib
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər YENİLƏNİB