Gürcüstanın cənub qonşularına münasibətdə xarici siyasəti balanslaşdırılmış tərəfdaşlıq münasibətləri və qarşılıqlı faydalı əməkdaşlığa yönəlib.
“İki sahil” xəbər verir ki, bunu, Gürcüstanın xarici işlər naziri İlia Darçiaşvili parlamentin "nazir saatı" formatında çıxışı zamanı bildirib.
Nazir qeyd edib ki, Gürcüstanın məqsədi regionda sülh, sabitlik, mehriban qonşuluq və dinamik inkişafı təşviq etməkdir.
XİN başçısı çıxışında Gürcüstan Baş naziri İrakli Qaribaşvilinin BMT Baş Assambleyasındakı çıxışını xatırladıb. Qeyd edib ki, Baş nazirin də bildirdiyi kimi, Cənubi Qafqazı yeni fürsətlər və iqtisadi artım regionuna çevirmək üçün təsirli addımlar atılmalıdır.
İ. Darçiaşvili Azərbaycan və Ermənistan XİN başçılarının Tbilisidə keçirilən görüşünün Gürcüstan tərəfindən etimad inşası istiqamətində mühüm təşəbbüs olduğunu qeyd edib.
"Hesab edirik ki, bu təşəbbüs və onun həyata keçirilməsi region üçün vacibdir",- nazir vurğulayıb.
Prezidentin sosial şəbəkə hesablarında Konstitusiya Günü ilə bağlı paylaşım olunub
Azərbaycanın Niderlanddakı səfiri etimadnaməsini Kral Villem-Aleksanderə təqdim edib
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər YENİLƏNİB