İşğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işlərində bir daha Türkiyə-Azərbaycan həmrəyliyini görürük.
“İki sahil” xəbər verir ki, bunu Türkiyə Cümhuriyyətinin sabiq Baş naziri, Türk Dövlətləri Təşkilatının (TDT) Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım deyib.
O bildirib ki, 2023-cü il türklərin ili olacaq.
"Çünki gələn il Türkiyə Cümhuriyyətinin 100 illiyi və böyük lider, mərhum Heydər Əliyevin də anadan olmasının 100-cü ildönümüdür. Dolayısı ilə 2023-cü ildə Türkiyə-Azərbaycan dostluğu, qardaşlığı daha yüksək səviyyələrə çatacaq. İşğaldan azad olunan ərazilərin bərpasını, burada yaşayanların yenidən ana torpaqlarına qayıtmasını görüb duyğulandıq. Bu sevincə biz də ortaq olmaq istədik. Bu mənada "Bir millət, iki dövlət" anlayışının gündən-günə həqiqətə çevrilməsini görməkdən qürur duyuruq. Sizə Türkiyədə yaşayan 85 milyon türkün qardaş salamını gətiririk" - deyə o bildirib.
Prezidentin sosial şəbəkə hesablarında Konstitusiya Günü ilə bağlı paylaşım olunub
Azərbaycanın Niderlanddakı səfiri etimadnaməsini Kral Villem-Aleksanderə təqdim edib
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər YENİLƏNİB