“Azərbaycanlı qardaşlarımızın torpaqlarına qayıtmağa başlaması bizi sevindirir ”.
“İki sahil” xəbər verir ki, bunu bu gün Cəbrayılda Azərbaycan Prezidenti İlham Əliyevlə keçirilən təkbətək görüşdən sonra keçirilən mətbuat konfransında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
Türkiyə Prezidenti deyib ki, Ağalı bir kənd deyil, bir şəhərə çevrilir: “Bir il əvvəl təməlini atdığımız aqropark da kənd təsərrüfatının necə inkişaf etdirildiyini göstərir. Yolda gələrkən dəyərli qardaşım İlham Əliyev bəzi məsələləri mənə danışdı. Bunlardan biri su məsələsidir. Burada qısa müddətdə tikiləcək su anbarı ilə kənd təsərrüfatının inkişafında böyük uğurlara əldə ediləcək. Ot tayalarının aqroparkda yığılması da artıq bu inkişafın bir göstəricisidir. Artıq minaların yerlərini bunlar alır. Bir il sonra Cəbrayıl yolunun da fərqli, müasir formada olacağını görəcəyik. Bir il ərzində bu gün təməlini atdığımız dəmir yolu da sürətlə inşa olunacaq ”.
Rəcəb Tayyib Ərdoğan qeyd edib ki, ağıllı kənd və şəhərlər, o cümlədən infrastruktur layihələrində Azərbaycanın yanında olmağa hazırdırlar.
Prezidentin sosial şəbəkə hesablarında Konstitusiya Günü ilə bağlı paylaşım olunub
Azərbaycanın Niderlanddakı səfiri etimadnaməsini Kral Villem-Aleksanderə təqdim edib
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər YENİLƏNİB