Növbəti həftə 4 rayonda sakinlərin qaz təchizatı ilə bağlı müraciətləri dinləniləcək
Növbəti həftə (oktyabrın 24-26 və 28 tarixləri) daha 4 rayonda “Azəriqaz” İB-nin “Açıq mikrofon” aksiyaları keçiriləcək.
İB-dən "İki sahil"ə verilən məlumata görə, aksiya həftənin 1-ci günü saat 11:00-dan 12:00-dək Qazax rayonunda (Mərkəzi Xəstəxananın yanı), 2-ci günü saat 15:00-dan 16:00-dək Tovuz rayonunda (Qovlar şəhəri, Gənclər Evi), 3-cü günü saat 11:00-dan 12:00-dək Şəmkir rayonunda (Heydər Əliyev Mərkəzi), 5-ci günü saat 11:00-dan 12:00-dək isə Ağstafa rayonunda (Heydər Əliyev Mərkəzi) baş tutacaq.
Vətəndaşlar qeyd olunan ünvanlara yaxınlaşaraq “Açıq mikrofon” aksiyasının imkanlarından maksimum istifadə edərək, öz problem və təkliflərini rahat şəkildə ifadə edə bilərlər.
SOCAR-ın prezidenti San-Marino Respublikasının nümayəndə heyəti ilə görüşüb - FOTO
SOCAR-ın vitse-prezidentləri “Neptun” özüqalxan qazma qurğusunda aparılan işlərlə tanış olublar