Çox maraqlıdır ki, Sinqapurda yaşayış məntəqəsinin yanından keçən qatarlarda pəncərələr avtomatik bloklanır. Bu funksiya ilə çölün görüntüsü bloklanır və insanların evlərinin içini görmək olmur.
Qarpız tumlarının tərkibində olan sink və selen mineralları kişilər üçün xüsusilə xeyirlidir. Belə hesab olunur ki, qarpız tumları kişi orqanizminə "təbii viaqra" kimi təsir edir - potensiyanı artırır. Həmçinin tumlar prostat vəzinin sağlamlığını qoruyur, qanda şəkərin səviyyəsini aşağı salır, dərinin vəziyyətini yaxşılaşdırır.
Bu yaxınlarda məşhur türkiyəli cərrah Ömər Aydın insan barmaqları ilə bağlı maraqlı bir açıqlama verib. Qan-damar cərrahı bildirib ki, sol əlin adsız barmağı xüsusi bir damarla ürəyə bağlanır.
Maraqlıdır ki, qədim hind-çin təbii təbabətinin mənbəyi olan Tibet elmi "Ayurvedalar"da bu məqam geniş izah olunur.
Ərazisi bir qolf meydançası ilə müqayisə edilə biləcək dünyanın ən kiçik ölkəsi Romadadır. Vatikan Katolik Kilsəsinin Müqəddəs Taxtının müstəqil ərazisinin əhalisi 770 nəfərdir. Bu ölkənin sakinləri burada işləyənlər hesab olunur. Ölkəni dünyanın ən kiçik qədim ordusu, İsveçrə mühafizəçisi qoruyur. Bu, İsveçrə tacirləri tərəfindən 1506-cı ildə yaranmışdır. İndi ordu cəmi 100 nəfərdən ibarətdir. Onların hər biri İsveçrə vətəndaşıdır. Qeyd edək ki, Vatikan yeganə dövlətdir ki, 1983-cü ildən bəri orada doğum halı qeydə alınmayıb. Çünkü Vatikanda xəstəxana yoxdur. Ən yaxın xəstəxana 33 km uzaqda İtaliyadadır. O, xəstəxanada doğulan körpələr İtaliya vətəndaşları olurlar.
Dünyanın ən böyük ağacı “Prezident” adlı sekvoya ağacı hesab olunur. Bu ağac ABŞ-ın Milli parklarından birindədir. Bu ağacın 3200 il yaşı olduğu müəyyən edilir.
Dubay çox müasir şəhərlərdən biri olsa da, burada hələ də ictimai yerlərdə öpüşmək olmaz. Bu incə məqam bir çox turistləri narahat etsə də,lakin hələ də qüvvədədir.
Burada tərtib olunan qanunlardan biri də odur ki, evli olmayan cütlük qapalı bir məkanda qala bilməz. Bu qanunlara riayət etməyən insanlar isə cəzalandırılır.
Məşhur ispan müğənnisi Xulio İqlesias 20 il ərzində «Real Madrid» klubunda qapıçı olaraq oynamışdı. Lakin ciddi avtomobil qəzasında onun hər iki ayağı iflic olmuşdu. İqlesias yalnız əlləri ilə hərəkət edə bildiyi üçün o, gitarada çalmaq bacarığını təkmilləşdirdikdən sonra, müğənni olmaq qərarına gəldi.
İsveçrədə açıq təbiətdə çadır qurmaq üçün təhlükəli olan yerlərdə insanların qalması üçün pulsuz kabinlər var. Burada təxminən 250-dən çox belə məkan mövcuddur. Bu kabinlər istifadə edilməyən və dövlətə bağışlanan köhnə mülklərdir.Onlardan bəziləri çox köhnə olsa da, lakin bir gecəlik qalmağa yararlıdır.
Heç bilirdinizmi ki, Misirdə bayquş bədbəxtlik gətirən heyvan hesab edilir. Belə deyilir ki, bayquşlar onları görən və ya eşidən insanlara bəd xəbərlər gətirir.
Dünyada ən çox satılan telefon "Nokia" markasının 2003-cü ildə satışa çıxardığı 250 milyon ədəd satılan "Nokia 1100"dir.
İsveçrədə bir ədəd “guinepig”(porsuğa bənzər heyvan) sahibi olmaq illeqaldır. Əgər “guinepig” almaq istəyirsinizsə, onda 2 dənə almalısınız. Çünkü uğursuzluq gətirirmiş.
Nigeriya isə dünyanın ən cavan əhalisinə sahib olan bir ölkədir. Bu ölkə əhalisinin yarısından çoxu 15 yaşdan aşağı olanlardır.
Son illər ərzində mütəxəssislərin apardıqları araşdırmalara əsasən məlum olub ki, xroniki yorğunluqdan azad olmaq üçün hər gün təmiz bal yemək lazımdır. Alimlərin tövsiyələrinə görə, balı əsasən səhər acqarına yemək məsləhətdir. Həmçinin müəyyən olub ki, bal xoşbəxtlik hormonunu stimullaşdıran bir təbii vasitədir.
Cənubi Afrikada yetişən Marula ağacının meyvələrində 17%-lik alkoqol olur. Bu ağacın meyvələri ilə qidalanan heyvanlar sərxoş olur.
Tayvanda hərbi xidmət 19 yaşına çatmış bütün vətəndaşlar üçün məcburidir. 2 il davam edir, həm kişilər, həm də qadınlar hərbi xidmət keçməlidirlər . Sonuncular isə adətən bunu hərbi hissələrdə deyil, təhsil və tibb müəssisələrində yerinə yetirirlər.
Tayvan, həmçinin öz vətəndaşlarına və turistlərə pulsuz Wi-fi imkanı yaradan ilk ölkədir. Burada qeydiyyatdan keçmiş SİM kartların sayı sakinlərin sayından çoxdur.
Dünyada ən çox dərman qəbul edən şəxs Zimbabvedən olan Kilner adlı kişi olub. Qəribə səslənsə də, bu insan 21 il müddətində 535965 həb qəbul edib.
Yaponiyada olduqca sərt geyim qaydası var. Burada qadınlar işə mütləq forma geyinməlidirlər. Həmin iş forması, bir qayda olaraq, qara gödəkçə, ağ köynək, ətək və kiçik dabanlı ayaqqabıdan ibarətdir. Son vaxtlar isə xidmət sektoru ilə əlaqəli olan təşkilatlar( məsələn,restoran və otel biznesi, kosmetologiya, gözəllik salonları) yapon qadınların işə eynəklə gəlmələrini qadağan ediblər. Eynəklərə olan qadağanın səbəbi odur ki, şirkət rəhbərlərinin düşüncələrinə görə, bir qız eynəksiz daha cəlbedici görünür. Bu isə öz növbəsində şirkətin nüfuzuna və işin keyfiyyətinə müsbət təsir göstərir.
Sağ əllə yazı yazan insanlar solaxaylara nisbətən 9 il çox yaşayırlar.
Seneqalda insanlar səyahət planlarını öncədən danışmağa qorxurlar. Burada hesab edilir ki, bu barədə kiməsə danışsanız, planlarınız pozulacaq.
Ən çox kök insanlar Nauru ölkəsində yaşayır. Bu ölkə çox kiçik bir ada ölkəsi olsa da, burada yaşayanların 95 % - i artıq çəkidən əziyyət çəkir. Buna səbəb isə onların çox yeyib, az hərəkət etmələridir.
Tarixə düşən ən uzunmüddətli əməliyyat 96 saat çəkib. Bu çətin əməliyyatdan sonra pasientin çəkisi 280 kiloqramdan 140 kiloya düşüb.
Dünyanın ən yüksək məntəqələrindən 19-u məhz Himalayda yerləşir.
Sən demə, qədim zamanlarda fillərin belə edamı var imiş. İlk dəfə Mari adlı fil öz təlimçisini əzib öldürdükdən sonra edam olunmuşdu. Bu edam səhnəsini izləmək üçün təxminən 2500 nəfər insan yığışmışdı. Mari dəmiryolu üzərində quraşdırılmış zəncirdən asılır. Birinci dəfə zəncir 10 tonluq Marinin çəkisinə dözməyərək qırılır. Fil yerə düşərək çanaq sümüyünu qırır. Lakin ikinci cəhtdən sona fili asmaq mümkün olur. 30 dəqiqə asılı vəziyyətdə qalan heyvan həyatını itirir.
Dünyanın ən qədim bankı Monte di Siyena İtaliyada yerləşir. O, 1472-ci ildə təsis olunmuşdu.
Qəribə səslənsə də, almanlar içərisində su olan qədəhləri bir-birinə vurmaqdan qorxurlar. Onlar hesab edirlər ki, bu şəkildə içkini birlikdə içdiyiniz insana ölüm arzulayırsınız.
İspaniya Avropa ölkələri arasında barların, restoranların və gecə klublarının sayına görə rekord göstəriciyə malikdir.
Aparılan araşdırmalar nəticəsində məlum olub ki, Amerikada yeniyetmələr orta hesabla təhsilə 12 min saat sərf edir. Televiziya verilişlərinə və kompyuter oyunlarına baxmağa isə 14 min saat.
Samirə Tağıyeva, “İki sahil”