Xalq artisti Aygün Kazımova və müğənni Rəsul Əfəndiyev bir neçə gün əvvəl təqdim etdiyi duetləri üçün kamera qarşısına keçiblər.
“İki sahil” xəbər verir ki, "Poqodi pastoy" adlanan mahnının musiqisi Kazımcan, sözləri isə OGB (Orxan Qarabasma) tərəfindən yazılıb. Divanın fərqli obrazda çəkildiyi klipin rejissor işi Dele-yə həvalə edilib.
İfaçıların Meksika tərzində olan stilləri üzərində Ruxa və Fuad çalışıb. Ekran işi artıq yutub kanalında yayımlanır.
Qeyd edək ki, bu, Aygün Kazımova ilə Rəsulun sayca dördüncü duetidir. Onlar bundan əvvəl "Dola mənə qolunu", "Yarımdı o", "Bu şəhərdən" mahnılarını oxuyublar.
Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi" uğurla başa çatıb
Dənizkənarı Milli Parkda möhtəşəm musiqi axşamı: Tünzalə Ağayeva gecənin ulduzu oldu