Türkiyə Respublikası Polis Akademiyasının Polis Rəisləri Tədris Mərkəzini magistratura pilləsi üzrə 15 nəfər azərbaycanlı kursant müvəffəqiyyətlə bitirib.
“İki sahil” xəbər verir ki, bunu Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov açıqlayıb.
Onun sözlərinə görə, səfirliyin də iştirak etdiyi məzuniyyət mərasimində xarici ölkə məzunları arasından bu Proqramı fərqlənmə ilə bitirən Nuran Qənbərliyə diplomu Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyip Ərdoğan təqdim edib: “Türkiyədə təhsilini uğurla tamamlayan polislərimizi təbrik edir, onlara qarşıdakı fəaliyyətlərində uğurlar arzulayırıq. Azərbaycan-Türkiyə əməkdaşlığı hər sahədə olduğu kimi hüquq-mühafizə orqanları arasında da uğurla davam etdirilir”.