Mayın 8-də Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş dövlət qurumlarının gənc əməkdaşları arasında keçirilən II “GİNius” intellektual yarışının final mərhələsi Azərbaycan İdman Akademiyasında baş tutub. “İki sahil” xəbər verir ki, açılış mərasimində gənclər və idman nazirinin müavini İndira Hacıyeva çıxış edib.
Qeyd edək ki, fevralın 7-də “Gənclər həftəsi” çərçivəsində start götürən layihə ümumilikdə 4 seçmə tur, 1 yarımfinal və final mərhələsindən ibarət olub.
Yarışlarda ümumilikdə 67 komanda iştirak edib, həlledici final mərhələsinə isə 17 komanda vəsiqə qazanıb.
Yekun nəticələrə əsasən, birinci yeri Xarici İşlər Nazirliyi, ikinci yeri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, üçüncü yeri isə Azərbaycan Beynəlxalq Bankı tutublar.
Yarışın sonunda qaliblər kubok və diplomlarla təltif olunublar. Mükafatları gənclər və idman nazirinin müavini Fərhad Hacıyev və nazirliyin Gənclərlə iş şöbəsinin müdiri Ülviyyə Axundova təqdim ediblər.
Yanvar-aprel aylarında DSMF-nin xərcləri 255 mln. manat artaraq 2 mlrd. 756 mln. manat olub
Uşaq evlərinin sakinləri üçün “Tanıma və güvən” layihəsi üzrə xüsusi rəqs məşğələləri təşkil edilib
“Təhsildə sosial iş” xidməti çərçivəsində 460 uşağın dərsə davamiyyəti bərpa edilib