Noyabrın 3-də Bakıdakı "Həştərxan İş Mərkəzi"nin açıq meydançasında "Rusiya-Azərbaycan Tarla Günü 2022" sərgisi baş tutub.
“İki sahil” xəbər verir ki, "Rusiya-Azərbaycan Tarla Günü" kənd təsərrüfatı texnikasının ixtisaslaşdırılmış sərgisində Rusiyanı 14 müəssisə - Rostselmaş, Klever, Volqa Kombinat Zavodu (AGROMASH), Melinvest, Traktor MMC (URALETS), Kuzembetevski RMZ ASC, Salskselmash MMC, AgroPostavka MMC, Cənubi Ural Çəki Zavodu və başqaları təmsil edib.
Sərgidə Rusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixail Boçarnikov, Azərbaycanın kənd təsərrüfatı nazirinin müavini Elçin Zeynalov, Rusiyanın Sənaye Nazirliyinin Kənd Təsərrüfatı və Maşınqayırma üzrə Yol-tikinti Departementinin direktoru Mariya Yelkina, Rusiyanın Azərbaycandakı ticarət nümayəndəsi Ruslan Mirsayapov və digər rəsmi şəxslər iştirak ediblər.
Tədbirin açılış mərasimi Azərbaycan və Rusiyanın dövlət himnlərinin səslənməsi ilə başlayıb
Çıxış edənlər sərginin keçirilməsində verdiyi dəstəyə görə Azərbaycan tərəfinə, dövlət qurumlarına, eyni zamanda, öz meydançasını sərgi üçün verdiyinə və özəl təşkilatçılığa görə "Həştərxan İş Mərkəzi"nə minnətdarlıqlarını bildiriblər, sərginin işinə uğurlar arzu ediblər. Tədbir "Həştərxan İş Mərkəzi"nin könfrans zalında dəyirmi masa ilə davam edib.
Azərbaycan Əbu-Dabi İnkişaf Fondu və Ərəb Koordinasiya Qrupu ilə sənədlər imzalayıb
Yanacaqlar, mayeləşdirilmiş qazlar və qazla işləyən avadanlıqların təhlükəsizliyinə dair texniki reqlament layihələri ictimai müzakirədə
Rəqabət Məcəlləsində nəzərdə tutulan tələblərə dair maarifləndirici görüş keçirilib
İİTKM-də Milli Məclisin deputatı Arzu Nağıyev ilə könüllülərin görüşü keçirilib