14 noyabr 2022 14:14
674

Elnur Kələntərov Miqrasiya Xidmətindəki vəzifəsindən ayrılıb

Dövlət Miqrasiya Xidmətinin İctimaiyyətlə əlaqələr idarəsinin rəisi Elnur Kələntərov vəzifəsindən ayrılıb.

“İki sahil” xəbər verir ki,  bu barədə o, özü məlumat verib.

“4 il işlədiyim kollektivdən-Dövlət Miqrasiya Xidmətindən- ayrılmaq məcburiyyətindəyəm. Bu müddət ərzində rəhbərlik etdiyim idarənin fəaliyyətini diqqətdə saxlayan, ideyaların reallaşdırılmasına vəsilə olan, hörmətini qazana bildiyim rəhbərliyə gələcəkdə də peşəkar əməkdaşlığımıza zəmin yaratdığına görə dərin təşəkkürümü bildirirəm” – deyə, o, qeyd edib.

O deyib ki, fəaliyyətini "For Azerbaijan" Beynəlxalq Təşkilatın Azərbaycan nümayəndəliyinin rəhbəri kimi davam etdirəcək.