Hesab edirəm ki, Azərbaycan rabitə və yüksək texnologiyalar sahəsində bölgədə mərkəzi rol oynayır.”
İlham Əliyev,
Azərbacan Respublikasının Prezidenti
Peşəkar texniki siyasət planı üzrə ölkəmizdə İKT-nın hərtərəfli inkişafını, o cümlədən sürətli və dayanıqlı internet xidmətlərini özündə ehtiva edən “İKT üzrə Yol Xəritə”si təcrübəli İT mütəxəssisləri və peşəkar rabitəçilər** tərəfindən işlənib hazırlanmış və dövlət rəhbəri tərəfindən hələ 2016-cı ilin dekabr ayında təsdiqlənmişdir. Bu rəhbər sənəd əsasında texniki siyasət planı müəyyən edilmiş və burada sürətli və keyfiyyətli İnternetin ölkəmizdə təşkili istiqamətində mühüm rol oynayan innovativ texnologiyaların öyrənilərək geniş tədbiqi öz əksini tapmışdır.
Yuxarıda qeyd olunan texniki siyasət planında işlərin qabaqcıl və mütərəqqi üsullarla təşkili məqsədilə özündə peşəkarlıq tələb edən ustalıq, səriştə və üstün təcrübə ilə yetişdirilmiş texniki heyətin formalaşdırılması, o cümlədən İKT savadlılığı məsələləri də xüsusi yer almışdır.
Mövzuya keçid alaraq bildiririk ki, yeni nəsl şəbəkələrin, o cümlədən 10 Gbit/s sürətlə “GPON” - “passiv optik network” anlamı daşıyan internet texnologiyasının keyfiyyətli və sürətli internet xidmətlərinin göstərilməsində öz xüsusi rolu vardır.
Bəs “GPON” texnologiyası nədir?
“GPON” sabit optik şəbəkələr üzərindən 10 Gbit/s sürətlə internetin ötürülməsini təmin edən yeni nəsl texnologiyadır. Bu texnologiya üstün texnoloji həllərdən ibarət geniş internet xidmətləri göstərmək imkanlıqlarına malikdir. Burada, iri həcmli giriş və çıxış məlumatların (“big data”/“MİMO”- multiple İnput, multiple output) etibarlı şəkildə yüksək sürət və keyfiyyətlə ötürülməsi mümkündür.
Bu texnologiyanın tədbiqində əsas məqsəd 10 gbit/s “GPON” şəbəkələri ilə yeni nəsl - “5G” texnologiyasına uğurla keçidə hesablanmış innovativ bir texnologiyadır. Beləliklə, İKT savadlılığı diqqətə alınmaqla ölkəmizdə sürətli və etibarlı internet xidmətləri, o cümlədən “GPON” layihəsinin təşkilində peşəkar texniki siyasət, təcrübə, səriştə və ağıllı yanaşmalar yenə də qaçılmazdır.
Həmçinin, bu qəbildən olan yeni nəsl texnoloji layıhələrin uğurla həyata keçirilməsi aidiyyatı sahədə peşəkar texniki siyasətin aparılması ilə mümkündür. Yalnız bu halda sürətli və keyfiyyətli internet xidmətləri göstərilməsini hədəfləyən yeni nəsl şəbəkələr, o cümlədən GPON texnologiyası ilə iri həcmli məlumat yüklənmələri, o cümlədən beynəlxalq giriş/çıxış informasiya mübadiləsi təmin ediləbilər.
P.S. *“GPON” technology - G.984 commonly known as GPON is a standard for passive optical networks (PON) published by the ITU-T. Related standards: 10G-PON, NG-PON2, G.988
Əflatun MƏMMƏDOV,
Müdafiə Sənayesi Nazirliyinin Elmi-Tədqiqat İnstitutunun l müavini,
İnternet və Yüksək Texnologiyalar üzrə ekspert