Bərdə regional mədəniyyət idarəsinin rəisi fəlsəfə üzrə fəlsəfə doktoru Vəsilə Möhsümova işdən çıxarılıb.
“İki sahil” xəbər verir ki, bunu Mədəniyyət Nazirliyindən bildiriblər.
Qeyd olunub ki, mədəniyyət naziri Anar Kərimovun müvafiq əmri ilə Vəsilə Əfqan qızı Möhsümovanın müqavilə müddətinin bitməsi ilə əlaqədar vəzifəsinə xitam verilib.
Xatırladaq ki, o bu vəzifəyə bu ilin 30 aprelində təyin olunub.
Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi" uğurla başa çatıb
Dənizkənarı Milli Parkda möhtəşəm musiqi axşamı: Tünzalə Ağayeva gecənin ulduzu oldu