24 noyabr 2022 17:24
113

Rusiya və Türkiyə müdafiə nazirləri Suriyanı müzakirə edib - YENİLƏNİB

Türkiyə milli müdafiə naziri Hulusi Akar Rusiya Federasiyasının müdafiə naziri Sergey Şoyqu ilə telefon danışığı zamanı ikitərəfli və regional müdafiə və təhlükəsizlik məsələlərini müzakirə edib.

“İki sahil” xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, danışıq zamanı, nazir Akar Suriya məsələsinə dair bölgədə sabitliyi pozmağa yönəlmiş artan təzyiq və hücumlara qarşı, mülki yaşayış məntəqələri və vətəndaşları hədəf alanlara lazımi cavab verilib və veriləcək.

O əlavə edib ki, terror təhlükəsinin və dəhlizinin birdəfəlik qarşısının alınması və terror təşkilatlarının zərərsizləşdirilməsi Türkiyənin əsas prioritetidir.

Nazir Akar “Taxıl sazişi”nin uzadılmasına dair Rusiya ilə əməkdaşlıqdan məmnunluğunu da ifadə edib.
***

Rusiya Federasiyası və Türkiyənin müdafiə nazirləri arasında telefon danışığı olub.

“İki sahil” xəbər verir ki, Sergey Şoyqu və Hulusi Akar Suriyanın şimalındakı vəziyyəti və ərzaq anlaşmasının davam etdirilməsi ilə bağlı bəzi məsələləri müzakirə ediblər.

Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, telefon danışığı Türkiyə tərəfinin təşəbbüsü ilə baş tutub.