27 noyabr 2022 11:34
565

SOCAR-ın Baş ofisində “Neft Daşları” qəzetinin əməkdaşları mükafatlandırılıb FOTO

Noyabrın 23-də SOCAR-ın Baş ofisində şirkət rəhbərliyinin iştirakı ilə “Neft Daşları” qəzetinin 55 illik yubileyi münasibətilə mükafatlandırılma mərasimi keçirilib.

“İki sahil” xəbər verir ki,  SOCAR-ın prezidenti cənab Rövşən Nəcəfin əmri ilə qəzetin baş redaktoru Xeyrulla  Ağayev “Fəxri neftçi” döş nişanı, qəzetin müxbirləri Zahir Mehrəliyev və Bəhruz Məmmədov Fəxri fərmanla təltif olunublar.

Mükafatlara görə təşəkkür edən qəzet əməkdaşları Azərbaycan neft sənayesinin uğurlu inkişaf yolu və neftçi qəhrəmanlığının işıqlandırılması istiqamətində bundan sonra da böyük məsuliyyət və səylə çalışacaqlarını bildiribilər. Sonda qəzet əməkdaşları öz kitablarını “Azərbaycan nefti” sərgisinə hədiyyə ediblər.