27 noyabr 2022 19:54
391

Ərdoğan: 2023-cü il seçkilərində tariximizin ən böyük qələbəsini qazanmağımıza heç kim mane ola bilməz

Allahın izni ilə 2023-cü il Türkiyə prezident seçkilərində tariximizin ən böyük qələbəsini qazanmağımıza heç kim mane ola bilməz.

“İki sahil” xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan NEF Stadionunda keçirilən “İstanbulun vədi: Birlik, İradə, Zəfər Proqramı”nda çıxışı zamanı deyib.

R.T.Ərdoğan bildirib ki, Türkiyənin öz təhlükəsizliyi üçün sərhədləri xaricində müəyyən etdiyi ərazilərdə hər cür sərəncamhaqqı var: "Bu hüququ həyata keçirməyimizə heç kim mane ola bilməz".