27 noyabr 2022 20:33
242

İndoneziyada zəlzələdə ölənlərin sayı 321 nəfərə çatıb

İndoneziyada 5,6 bal gücündə zəlzələ nəticəsində ölənlərin sayı 321 nəfərə çatıb.

“İki sahil” xəbər verir ki, bu barədə Milli Fəlakətlərin İdarə Edilməsi Agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, 73 mindən çox insan təbii fəlakətin nəticələrinə görə hələ də öz evlərinə qayıda bilmir.

Xatırladaq ki, Yava adasında zəlzələ noyabrın 21-də baş verib. Zəlzələnin episentri Cakartadan 74 km cənub-şərqdə yerləşib. Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə, mənbə 5 km dərinlikdə baş verib.